AZ

Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR


Türkiyə Xarici İşlər Nazirliyi 2022-ci ildən bəri davam edən münasibətlərin normallaşması prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqların tamamlandığını elan edib.

Türkiyə xarici siyasət idarəsinin məlumatına görə, 11 may 2026-cı il tarixinə olan məlumata əsasən bütün zəruri prosedur qaydalar yekunlaşıb.

Bununla yanaşı, iki ölkə arasındakı quru sərhədlərinin açılması ilə bağlı texniki və bürokratik işlərin hələ də davam etdiyi bildirilir.

Yeni tənzimləməyə əsasən, Türkiyədən Ermənistana üçüncü ölkələr vasitəsilə göndərilən və ya eyni marşrutla gələn mallar üçün artıq təyinat nöqtəsi və ya mənşə ölkəsi olaraq birbaşa "Ermənistan/Türkiyə" qeyd oluna biləcək.

Rəsmi Ankara vurğulayıb ki, Türkiyə regiondakı bütün ölkələrin və xalqların maraqları naminə Cənubi Qafqazda iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına töhfə verməyə davam edəcək. /Musavat.com/



Seçilən
25
nuh.az

1Mənbələr