AZ

"İranı təcrid etmək üçün böyük plan həyata keçirilir" - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin İrana qarşı siyasətinin əsas məqsədlərindən birinin Tehranla ərəb ölkələri arasında münasibətlərin yaxşılaşmasının qarşısını almaq olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "RT India"ya müsahibəsində danışıb.

Lavrov qeyd edib ki, Vaşinqton və Təl-Əvivin İrana qarşı “təcavüzkar siyasəti” regionda yeni yaxınlaşmaların qarşısını almağa yönəlib.

Diplomat xatırladıb ki, illər əvvəl II Abdullah sünnilərlə şiələr arasında barışığa həsr olunmuş zirvə görüşü keçirmişdi. Onun sözlərinə görə, hazırda İranın ərəb ölkələri ilə münasibətlərinin normallaşmaması və Tehranın beynəlxalq təcrid vəziyyətində saxlanılması üçün ciddi səylər göstərilir.

Lavrov bildirib ki, İranın Fars körfəzi regionundakı qonşuları elə proseslərə cəlb olunur ki, nəticədə onlar İsraillə münasibətləri yaxşılaşdırmaq müqabilində Fələstin məsələsində güzəştə getməyə məcbur qala bilərlər.

Nazirin sözlərinə görə, bu vəziyyət Yaxın Şərqdə siyasi balansın dəyişməsinə və region ölkələri arasında yeni gərginliklərin yaranmasına səbəb ola bilər.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
2
redaktor.az

1Mənbələr