

Müəllif
İlhamə Vəliqızı
Slovakiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.Nazirlikdən Ulusum.az-a verilən məlumata görə, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və "Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə görüşüb.Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Diqqət Çəkənlər
Bu tarixdən Dərnəgüldən bölgələrə getmək mümkün olacaq
Tailandda itkin düşmüş rus jurnalist sağ tapılıb
Növbəti Köç Karvanı Zəngilan və Şükürbəyliyə Çatdı