“Akkreditasiya mərkəzimizdə də bütün əməkdaşlar azərbaycanlıdır və fəaliyyətimizdə heç bir xarici platformaya istinad olunmur”.
APA xəbər verir ki, bu sözləri Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.
O bildirib ki, bu, həqiqətən də, fəxr edilməli məqamdır:
“Hazırda 3000 könüllü fəaliyyət göstərir. Onlardan 100-ə yaxını əcnəbidir”.