AZ

"Arsenal"da ciddi itki



"Arsenal"da ciddi itki baş verib.

aia.az xəbər verir ki, komandanın müdafiəçisi Ben Uayt zədələnib.

O, Premyer Liqanın XXXVI turunun "Vest Hem"lə səfər matçında (1:0) xəsarət alıb.

Arxa xətt oyunçusunun sağ dizində zədə aşkarlanıb. İngiltərəli UEFA Çempionlar Liqasının mayın 30-da PSJ ilə keçiriləcək final oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Arsenal" Ben Uaytı 2021-ci ilin yayında "Brayton"dan transfer edib.




Seçilən
33
4
aia.az

5Mənbələr