AZ

Ankara Brüssellə İrəvan Bakı münasibətlərini müzakirə edib

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ankara Brüssellə İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesini Aİ nümayəndəsi ilə müzakirə edib.

Ölkə.az xəbər verir ki. Türkiyə prezidentinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş müşaviri Akif Çağatay Kılıç Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

"Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi layihələri, regional sabitlik və təhlükəsizlik məsələləri və Aİ-nin regiona yanaşması müzakirə edildi. Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə səylərin vacibliyini vurğuladıq", - Kılıç bu barədə  X platformasındakı paylaşımında qeyd edib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
olke.az

4Mənbələr