ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Ermənistanda keçirilməsi planlaşdırılan hərbi parad Paşinyan üçün seçkiqabağı təbliğat vasitəsi olsa da bu, ilk növbədə ordunun yenidən qurulduqdan sonra güc göstərişi hesab olunacaq. Paşinyan demək istəyir ki, revabşistlərə səs verdikdən sonra Rusiyanın hesabına silahlanıb yenidən revanşist fikirlərə düşməkdənsə, mənə səs verin. Mən ordunu daha müasir silahlarla yenidən qurmuşam və lazım gələrsə Ermənistanın təhlükəsizliyini mən qoruya bilərəm. Paşinyan demək istəyir ki, ordunu mənim qurmağımla revanşistlərin qurması arasındakı fərq ondadır ki, mənim qurduğum orduya Azərbaycan ciddi reaksiya verməyəcək. Amma revanşistlərin qurduğu ordunu Azərbaycan özünə təhlükə mənbəyi hesab edəcək və müharibə edəcək. Hesab edirəm ki, erməni ordusunun kimin qurmasından asılı olmayaraq bu ordu Azərbaycan üçün təhlükə mənbəyidir. Azərbaycan hər halda buna ciddi reaksiya verməlidir. Paşinyan ordu qurmaqla erməni toplumunu arxayın etmək istəyir ki, biz, vaxt qazana bilərik. Azərbaycanla sülh bağlayıb rahat şəkildə ordu qura bilərik. Amma Paşinyan sonsuza qədər Ermənistanda rəhbər olmayacaq. Azərbaycan paraddan öncə öz kəskin etirazını Ermənistana bildirməlidir. Hətta paradın təxirə salınmasını tələb etməlidir. Əks halda sülh məsələsinin üzərinə kölgə düşəcəyini bəyan etməlidir bə bunun səbəbkarının Ermənistan olduğunu bildirməlidir.Azər Qasımov, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.