AZ

İcra başçısı Qəhrəmanlı qəsəbəsində səyyar qəbul keçirib - FOTO

Beyləqan rayonunda vətəndaş müraciətlərinin yerində araşdırılması və sakinləri narahat edən məsələlərin operativ həlli məqsədilə səyyar qəbullar davam etdirilir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən 12 may 2026-cı il tarixdə rayonun Qəhrəmanlı qəsəbəsində səyyar qəbul keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxışında ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaş müraciətlərinə həssas yanaşılması, insanların sosial rifahının yaxşılaşdırılması və bölgələrin davamlı inkişafı istiqamətində verilən tapşırıqların rayonda ardıcıl icra olunduğunu bildirib. Qeyd olunub ki, səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların problem və təkliflərini yerində dinləmək, onların qaldırdıqları məsələlərin həlli istiqamətində operativ tədbirlər görməkdir.
Səyyar qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər araşdırılıb. Qaldırılan bəzi məsələlər yerində həllini tapıb, digər müraciətlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərinə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
22
ekologiya.az

1Mənbələr