AZ

Şagirdlərə 12 günlük istirahət - Bu tarixlərdə dərs olmayacaq

Azərbaycanda məktəbliləri may ayının ikinci yarısında uzunmüddətli istirahət gözləyir.

 

Paytaxt.org xəbər verir ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində mayın 18-dən 22-dək tətil olacaq.

 

Bu tətil 1-5 may tarixləri əvəzinə müəyyən edilib. Bundan əlavə, 23 və 24 may tarixləri həftəsonuna təsadüf edir.

 

Eyni zamanda, bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərində qeyd olunacaq. 28 May – Müstəqillik Günü də qeyri-iş günü olduğundan, 29 may tarixində də iş olmayacaq.

 

Beləliklə, məktəblilər üçün mayın 18-dən başlayaraq ardıcıl istirahət günləri yaranacaq və ayın sonuna qədər dərs olmayacaq. 

Seçilən
1
2
paytaxt.org

3Mənbələr