AZ

Çin kosmosda süni embrion təcrübəsinəBAŞLADI

Çin dünyada süni embrionla kosmosda təcrübəyə başlayan ilk ölkə olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Xinhua News Agency" məlumat yayıb.

İnsan kök hüceyrələrindən hazırlanmış və real embriona bənzər bioloji strukturlar Tianzhou 10 missiyası çərçivəsində kosmosa göndərilib və hazırda Çin kosmik stansiyasının eksperimental modulunda yerləşdirilib.

Məlumata əsasən, alimlər mikroqravitasiyanın erkən insan embrional inkişafına təsirini araşdırmağı planlaşdırırlar. Bu tədqiqatın gələcəkdə kosmosda uzunmüddətli yaşama və mümkün çoxalma ilə bağlı elmi suallara aydınlıq gətirə biləcəyi bildirilir.

Təcrübə beş gün davam edəcək və daha sonra nümunələr dondurularaq Yerə qaytarılacaq. Orada kosmosda və Yer şəraitində inkişaf edən nümunələr müqayisəli şəkildə analiz ediləcək.

Layihənin rəhbəri Yu Leqian bildirib ki, məqsəd kosmik mühitin insan embrionlarının erkən inkişafına təsir edən amillərini anlamaqdır. O həmçinin vurğulayıb ki, bu strukturlar fərdi canlıya çevrilə bilməz və yalnız elmi model kimi istifadə olunur.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
59
redaktor.az

1Mənbələr