AZ

İsveç Yaxın Şərq regionunda gərginlik fonunda 2 milyardlıq dəstək paketi hazırlayır

İsveç Yaxın Şərqdəki münaqişə fonunda qlobal enerji böhranına cavab olaraq 17,5 milyard İsveç kronu (təxminən 1,8 milyard dollar) məbləğində yeni tədbirlər paketi hazırlayır.

"Report" yerli SVT telekanalına istinadən xəbər verir ki, bu barədə İsveçin maliyyə naziri Elizabet Svantesson məlumat verib.

Sənədlər paketi enerji daşıyıcılarının bahalaşmasından ən çox zərər çəkmiş kənd təsərrüfatı və aviasiya sektorlarının dəstəklənməsini nəzərdə tutur. O, yaxın vaxtlarda parlamentin müzakirəsinə təqdim ediləcək.

Svantessonun sözlərinə görə, hökumət xərcləri borc vəsait cəlb etməklə ödəməyi planlaşdırır.

Seçilən
41
far.az

1Mənbələr