Son dövrlərdə Emmanuel Makronun açıqlamaları və ümumilikdə Avropa Birliyinin Cənubi Qafqaz siyasəti regionda yeni gərginlik fonu yaradır. Xüsusilə Fransa başda olmaqla bəzi Qərb mərkəzlərinin Azərbaycanın suverenlik məsələlərinə yanaşması və regiondakı proseslərə müdaxilə cəhdləri Bakıda narahatlıqla qarşılanır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar həm siyasi, həm də diplomatik baxımdan ciddi reaksiya doğurub.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə maraqlı faktlara toxundu.
Aydın Mirzəzadə qeyd etdi ki, “cənab Prezidentin Zəngilandakı çıxışları Azərbaycanın milli maraqlarına söykənən, Azərbaycanın təhlükəsizliyini və suverenliyini qoruyan mesajlar idi”.
O vurğuladı ki, hər bir dövlət onun maraqlarına cavab verən məsələləri hər zaman qorumaq hüququna malikdir.
