O qeyd edib ki, bu ilin oktyabr ayından etibarən Bratislava ilə Bakı arasında birbaşa uçuşlar həyata keçiriləcək: “Mən qəti şəkildə inanıram ki, Slovakiya Respublikası azərbaycanlı turistlər və sahibkarlar üçün məşhur istiqamətə çevriləcək, necə ki, Azərbaycan da slovakiyalı turistlər və iş adamları üçün getdikcə daha cəlbedici məkana çevrilir. Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır və bugünkü hadisələr münasibətlərimizin iqtisadi, parlamentlərarası və insanlararası əlaqələr baxımından güclü inkişaf mərhələsində olduğunu açıq şəkildə nümayiş etdirir. Sonda bir daha təsdiqləmək istəyirəm ki, Slovakiya Avropa səhnəsində Azərbaycan üçün etibarlı və balanslı tərəfdaş olaraq qalır. Biz gələcəkdə də bu tərəfdaşlığı böyük intensivliklə inkişaf etdirmək niyyətindəyik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta