AZ

Medvedev "qərbli doslarını" "Sarmat"la salamladı

Rusiya yeni "Sarmat" strateji raket kompleksini sınaqdan keçirdikdən sonra, təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev özünəməxsus carkazmla "Qərbli dostlarını" təbrik edib.

 "İndi sizlər bizə daha yaxınsınız"- deyə TŞ-nın sədr müavini qərbli "dostlarına" ismarıc göndərib.

 Mayın 12-də Rusiyanın strateji raket bölməsi yeni kontinetlərarası ballistik raketlərini sınaqdan keçirib. Həmişə olduğu kimi yeni silahlarının dünyada analoqu olmadığını nümayiş etdirməyə çalışan Rusiya tərəfi, bununla hələ də, diqtə edən tərəf olduğunu sübut etməyə çalışır.

 Həyat isə göstərir ki, müasir müharibələrdə ağır, srateji, kontinetlər arası ballistik raketlər, yüz tonluq aviabombalar deyil, adi kiçik dronlar daha effektli nəticələr verə bilər...

 Rüstəm Hacıyev

Seçilən
13
adalet.az

1Mənbələr