AZ

Ramos sabiq klubunun prezidenti ola bilər

“Sevilya”nın sabiq müdafiəçisi Serxio  Ramos doğma klubun əsas səhmdarlarından birinə çevrilə bilər.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalının rəhbərlik etdiyi investisiya qrupu klub səhmlərinin böyük hissəsini almağa yaxındır. Təxminən 450 milyon avro dəyərində qiymətləndirilən müqaviləyə əsasən, yeni investorların “Sevilya”ya 80-100 milyon avro sərmayə yatıracağı gözlənilir.

Vəsaitin əsasən klubun maliyyə durumunun yaxşılaşdırılması və transferlərə ayrılması planlaşdırılır.

İdarəçilik dəyişikliyi baş tutarsa, Sergio Ramosun klub prezidenti olması da mümkündür.

Seçilən
96
idmanxeber.az

1Mənbələr