AZ

“Screen International” jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub

Böyük Britaniyanın kino sahəsində aparıcı beynəlxalq nəşrlərindən olan “Screen International” jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr edilib.

Jurnalın üz qabığında Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizmi ilə bağlı informasiya verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli Qərarına əsasən, ölkə ərazisində film istehsalı üçün mal, iş və xidmətlərin alınmasına çəkilmiş xərclərin 25 faizi istehsalçıya geri qaytarılır.

Bundan başqa, mədəniyyətimizin təbliği üçün müəyyən edilmiş meyarların azı üçünə cavab verdikdə çəkilmiş xərclərin daha 15 faizi istehsalçıya geri ödəniləcək.

Seçilən
5
11
publika.az

10Mənbələr