AZ

​Qonşuda benzin yenə bahalaşdı

Türkiyədə sürücüləri növbəti bahalaşma gözləyir. Qlobal neft bazarındakı dalğalanmalar və dolların bahalaşması fonunda benzinin qiymətinin yenidən artacağı açıqlanıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, bu gecə yarısından etibarən benzinin qiyməti 1 lirə 7 quruş artacaq. Hazırda İstanbulun Avropa hissəsində benzinin litri 63,88 lirə, Ankarada 64,83 lirə, İzmirdə isə 65,11 lirə səviyyəsindədir. Gözlənilən artımdan sonra qiymətlərin daha da yüksələcəyi bildirilir. Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə davam edən gərginlik və dünya bazarında neft qiymətlərinin artması yanacaq bazarına birbaşa təsir edir. Son günlər beynəlxalq maliyyə qurumları da enerji qiymətlərində yeni sıçrayış riskinin artdığı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Türkiyədə yanacaq qiymətləri son aylarda tez-tez dəyişir və həm benzin, həm də dizel məhsullarında ardıcıl qiymət artımları müşahidə olunur.

Seçilən
39
metbuat.az

1Mənbələr