AZ

Çin "Uzun Yürüş-6" raketi ilə yeni peyk qrupunu orbitə buraxdı

Çin Shanxi əyalətində yerləşən Tayyuan Peyk Buraxılış Mərkəzindən yeni peyk qrupunu uğurla kosmosa göndərib.

BAKU.WS xəbər verir ki, "Uzun Yürüş-6" daşıyıcı raketi ilə həyata keçirilən buraxılış Pekin vaxtı ilə 19:59-da baş tutub. Peyklərin əvvəlcədən müəyyən edilmiş orbitə yerləşdirildiyi bildirilib.

Rəsmi açıqlamada qeyd olunur ki, bu peyklər Çinin genişmiqyaslı aşağı orbitli kommersiya peyk şəbəkəsi olan "Spacesail Constellation" layihəsinin tərkib hissəsidir.

Tayyuan Mərkəzi bu missiyanın "Uzun Yürüş" raket seriyası üzrə 642-ci uçuş olduğunu açıqlayıb.

Seçilən
41
6
far.az

10Mənbələr