AZ

ADY bayram günlərində əlavə qatar reysləri təyin edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27, 28, 29, 30, 31 mayda sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə reysləri təyin edib.

SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Bakıdan Qəbələyə gedəcək qatar saat 17:20-da yola düşəcək, Qəbələdən Bakıya geri dönüş isə saat 19:00-da olacaq.

Bakıdan Ağstafaya gedən qatar isə saat 08:30-da yola düşəcək, Ağstafadan Bakıya geri dönüş isə saat 17:20-da baş tutacaq.

Seçilən
20
13
sia.az

10Mənbələr