AZ

Sabah bir neçə rayon və şəhərin qazı KƏSİLƏCƏK

Sabah saat 10:00-dan Salyan şəhərinin M.F.Axundov, C.Cabbarlı, Ə.Quliyev (Plassmas massiv) küçələrinin və rayonun Arbatan, Qaraqaşlı, Cəngən, Beşdəli və Xocalı kəndlərinin, həmçinin Hacıqabul rayonunun Rəncbər və Qubalı Baloğlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

"Cebheinfo.az"

Seçilən
33
14
cebheinfo.az

10Mənbələr