AZ

İcra başçısının iştirakı ilə Beyləqanda ağac tingləri əkildi, ərazidə yeni yaşıllıq zolağı salındı - FOTO

Beyləqanda rayon rəhbəri və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

“Şəhərsalma və Memarlıq ili” ilə bağlı həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirləri çərçivəsində kənd və qəsəbələrdə ağacəkmə aksiyaları davam etdirilir. Növbəti aksiya Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəhrəmanlı qəsəbəsinin giriş hissəsində təşkil olunub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, şəhid ailələri və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən aksiya zamanı iqlim şəraitinə uyğun ağac tingləri əkilərək ərazidə yeni yaşıllıq zolağı salınıb.
Aksiyanın yekununda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən aidiyyəti şəxslərə əkilən ağaclara mütəmadi qulluq göstərilməsi, suvarılmasının təmin olunması və digər məsələlərlə bağlı müvafiq tapşırıq və göstərişlər verilib


Seçilən
18
ekologiya.az

1Mənbələr