AZ

Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olunub

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin olunub...

Bu barədə TƏBİB-dən məlumat verilib.

Eyni zamanda, Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Dinar Qəhrəmanova təyin edilib.

Bundan başqa Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə isə Tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin olunublar.

Qeyd edək ki, Erkin Rəhimov 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri olub.

Dinar Qəhrəmanova isə 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Poliqon.info

Seçilən
16
8
poliqon.info

10Mənbələr