AZ

3,3 milyard insanın yaşayış yeri problemi VAR

"Dünyada 3,3 milyard insan yaşayış yeri problemi ilə üz-üzədir".

"Report" xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.

Onun sözlərinə görə, dünyada şəhərləşməni miqyası böyüdükcə, bu göstərici də artacaq:

"Dünyada 300 milyon insan evsizdir, milyonlarla fərd isə gecəqondurlarda həyat sürürlər. Bu da WUF13-un keçirilməsini zəruri edir".

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

"Cebheinfo.az"

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr