Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılıb.
Hakimiyyet.az xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.
Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını şərh edən Serdar Kılıç "X" platformasında bunu yazıb:
"Prezidentimizin göstərişi ilə həyata keçirdiyimiz Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin bir hissəsi olaraq, bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində daha bir mühüm addım atılıb. Ümid edirəm ki, bu, hər iki ölkənin işgüzar icmalarına və insanlarına, eləcə də bütün bölgəmizə fayda verəcək".
Mürtəza