AZ

“Nar” WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib

Sərfəli mobil operator “Nar” “İmkanlar hər kəs üçün” layihəsi çərçivəsində həyata keçirilən inklüziv təcrübə proqramını başa vuran iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi təşkil edib. Proqramda iştirak edən 25 təcrübəçiyə sertifikatlar təqdim olunub.

Sertifikatları “Nar”ın baş icraçı direktoru Özgür Genc, İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və BMT-nin Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə nümayəndəsi Məleykə Tağızadə təqdim ediblər.

Sertifikatları təqdim edən Özgür Genc inklüzivliyin cəmiyyət və iş mühiti üçün əhəmiyyətindən danışaraq bildirib ki, “Fərqli bacarıqlara və həyat təcrübələrinə malik insanların peşəkar inkişafına dəstək olmaq bizim üçün böyük önəm daşıyır. İnanırıq ki, inklüziv iş mühiti həm insanlar, həm də şirkətlər üçün daha güclü və dayanıqlı gələcəyin formalaşmasına töhfə verir”.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən proqram iştirakçıların real iş mühitinə inteqrasiyasını dəstəkləməklə onların peşəkar və praktiki bacarıqlarının inkişafına töhfə verib. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində həyata keçirilir.

“Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir və bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə cəmiyyətdə bərabər imkanların genişlənməsinə dəstək göstərməyə davam edir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSimtexnologiyası təqdim edir.

“Nar” “Nar” “Nar” “Nar”
Seçilən
21
11
apa.az

10Mənbələr