AZ

Azər Əhmədov: Müasir bir Respublika Pediatriya Mərkəzi inşa etdik

Azər Əhmədov: Müasir bir Respublika Pediatriya Mərkəzi inşa etdik

Ötən gün Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədov bu barədə paylaşım edib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, sosial şəbəkədəki hesabında birgə çalışdığı komandaya təşəkkürünü bildirib:

“Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müraciət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun...

Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm”, - deyə A.Əhmədov qeyd edib.

Xatırladaq ki, TƏBİB-də aparılan kadr islahatları çərçivəsində bir sıra tibb müəssisələrində rəhbərlik dəyişdirilib. İşdən azad olunan A.Əhmədovun yerinə tanınmış pediatr Erkin Rəhimli (Rəhimov) təyin edilib.

Seçilən
22
8
afn.az

3Mənbələr