AZ

Sportinq in yarımmüdafiəçisi hansı İngiltərə nəhənginə keçəcək? SON DURUM

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Sportinq"in və Portuqaliya millisinin hücumçusu Fransişku Trinkan karyerasını iki İngiltərə nəhəngindən birində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, 26 yaşlı futbolçunun xidmətində "Çelsi" və "Liverpul" maraqlıdır. Sözügedən futbolçunun Lissabon klubu ilə müqaviləsindəki təzminat məbləği də xatırladılıb - 60 milyon avro.

Cari mövsüm paytaxt komandasının heyətində bütün turnirlərdə 52 matça çıxan Trinkan 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sportinq"lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr