AZ

Məşhur generalın xanımı vəkilliyə başladı

Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.

Ölkə.az Modern.az-a istinadən xəbər verir ki, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.

Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisin qərarı ilə 1998-ci il iyulun 4-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 2005-ci il dekabrın 16-da isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.

Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurub.

Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun həyat yoldaşıdır.

Hüseyn Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib. 2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib.

Xatırladaq ki, Hüseyn Əlixanovun adı 2018-ci ilin oktyabrında məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatar vaqonundan qaçması ilə gündəmə gəlmişdi. Məhz həmin hadisədən sonra general tutduğu vəzifədən azad edilmiş, qarovul rəisi olan bacısı oğlu Ceyhun Səmədov isə saxlanılmışdı.

Seçilən
11
19
olke.az

10Mənbələr