AZ

İşdən çıxarılan həkimdən açıqlama Ləyaqətlə geri vermək hər insana nəsib olmur.

Medicina saytına istinadən ain.az xəbər verir.

Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədov bu barədə açıqlama edib.

Medicina.az xəbər verir ki, uzman həkim bu müddətdə gördüyü işləri vurğulayıb:

“Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun...

Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm”, - deyə o, vurğulayıb.

Medicina.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
9
icma.az

10Mənbələr