AZ

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

Mayın 13-də Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES-2026” çoxmillətli təlimi çərçivəsində snayperlərin peşəkarlıq və döyüş bacarıqlarını artırdıqları görüntüləri paylaşıb.

Təlim zamanı snayperlər atəş mövqeyi seçmək, müxtəlif məsafələrdəki hədəfləri dəqiq atəşlə vurmaq və digər tapşırıqları yerinə yetiriblər.

“EFES-2026” təliminin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi qulluqçuların praktiki bacarıqlarını təkmilləşdirməkdir.

Seçilən
42
1
azerbaijan-news.az

2Mənbələr