Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edib.
Adalet.az xəbər verir ki, Ərdoğan paytaxt Astanada Kasım-Jomart Tokayev ilə görüşərək Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
Danışıqlarda iki ölkə arasında “genişləndirilmiş strateji tərəfdaşlıq” münasibətləri, enerji və investisiya sahələrində əməkdaşlıq, həmçinin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi müzakirə olunacaq.
Ərdoğan daha sonra Türküstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Liderlər Zirvə Toplantısına qatılacaq.