AZ

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzinin təşkilatçılığı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bərdə Dövlət Peşə Təhsili Mərkəzində “Müasir çağırışlar, yeni tendensiyalar və aqrar həllər” mövzusunda seminar keçirilib.

Tədbirin əsas məqsədi aqrar sahədə müasir çağırışlar, innovativ yanaşmalar və yeni texnologiyalar barədə iştirakçıları məlumatlandırmaq, onların peşəkar bilik və bacarıqlarını artırmaq olub. Seminarda heyvandarlıq və bitkiçilik sahəsində tətbiq olunan yeni metodlar, xəstəliklərlə mübarizə üsulları, məhsuldarlığın artırılması və müasir aqrotexniki yanaşmalar barədə təqdimatlar edilib.

Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə insan kapitalının inkişafının vacibliyini vurğulayaraq bildirib ki, fermerlər və sahə mütəxəssislərinin müasir biliklərə yiyələnməsi kənd təsərrüfatında dayanıqlı inkişaf üçün önəmlidir. Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə AXA-nın mütəxəssisləri, özəl baytarlar, laboratoriya və ekspertiza mərkəzlərinin aqronomları, həmçinin Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri iştirak ediblər.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
0
3
azerbaijan-news.az

5Mənbələr