Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq. Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək. Bu çətin anlarda bizə dəstək mesajları göndərərək həmrəylik nümayiş etdirən müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik”, -deyə açıqlamada bildirilib.
Xatırladaq ki, ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş verən yanğın bu gün səhər saatlarında söndürülüb.