AZ

SOCAR Özbəkistanda nümayəndəlik açacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda nümayəndəlik açacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu gün dövlət başçısı Şavkat Mirziyoyev "Özbəkistanın Enerji Həftəsi – 2026" forumunda iştirak etmək üçün ölkəyə gələn SOCAR-ın rəhbəri Rövşən Nəcəfi, həmçinin BP şirkətinin top-menecerləri Ariel Floresi və Covanni Kristofolini qəbul edib.

"Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üzrə məsələləri nəzərdən keçiriblər. Energetika sahəsində uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. SOCAR Üstyurd yaylasında karbohidrogen yataqlarının işlənməsi layihəsinin həyata keçirilməsində Özbəkistanın tərəfdaşıdır. SOCAR-ın Özbəkistanda nümayəndəliyinin açılması barədə qərar qəbul edilib. Britaniyanın "British Petroleum" şirkətinin bu genişmiqyaslı layihəyə qoşulması yüksək qiymətləndirilib", – məlumatda bildirilib. (Report)

Seçilən
35
11
ikisahil.az

10Mənbələr