ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
NATO-nun Ankarada keçiriləcək sammitinə alyans tərəfindən Bəhreyn, Küveyt, Qətər və BƏƏ-dən də nümayəndələr dəvət olunacaq.
525.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İran ətrafındakı münaqişənin əsas mövzu olacağı Ankara sammitində 2004-cü ildə yaradılmış İstanbul Əməkdaşlıq Təşəbbüsünə daxil olan dörd Fars körfəzi ölkəsinin xarici işlər nazirinin iştirakı gözlənilir. Bu qərar alyansın İranla bağlı münaqişə fonunda cənub cinahına diqqətini artırmaq niyyəti ilə əlaqələndirilir.
Sammitin əsas formatı ittifaq ölkələri liderlərinin iştirakı ilə məhdudlaşacaq, digər dövlətlərin nümayəndələri isə əlavə tədbirlərə qatıla biləcəklər.
NATO-nun Ankara sammiti 7-8 iyul tarixlərində keçiriləcək.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.