AZ

Azərbaycanda mayın 14 nə gözlənilən hava şəraiti açıqlanıb

Oxumeni.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda mayın 14-nə gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda mayın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 23-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 751 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 24-26 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq. Lakin dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 26 dərəcə isti olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 26 dərəcə isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq.

Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
39
oxumeni.az

10Mənbələr