AZ

Qadınlara daha çox səlahiyyət vermək lazımdır - Oman rəsmisi

Gələcək haqqında danışanda ilk növbədə düşünməliyik ki, qadınlar bu sahədə nə edə bilər.

Olaylar xəbər verir ki, bunu Omanın Muskat Kollecinin Qəyyumlar Şurasının üzvü, "Women Future Cities" və "Communities Connect Cities" təşkilatlarının həmtəsisçisi və sədri Laila Al Hadhrami "Şəhərlər hamı üçün - heç kim kənarda qalmasın" adlı tədbir çərçivəsində təşkil edilən "Dayanıqlı və inklüziv cəmiyyətə doğru: hüquqi və institusional mexanizmlər" mövzusunda panel müzakirəsində çıxışında bildirib.

Onun sözlərinə görə, gələcəyin qurulmasında qadınların rolu yalnız iştirakçı olmaq deyil, həm də istiqamət verən qüvvəyə çevrilməkdir:

"Bakıda hava limanında gördüyüm səmimi salamlama diqqətimi çəkdi. Bu, çox vacib məqamdır. Biz müasir texnologiyalardan, ağıllı şəhərlərdən, rəqəmsallaşmadan danışırıq. Amma Bakıda insanı qarşılama mədəniyyəti, insani münasibət hələ də yaşayır. Məhz bu dəyərlər bizi fərqləndirir. Biz öz ənənələrimizi, mədəniyyətimizi, hətta mətbəximizi belə qorumalıyıq. Texnologiya inkişaf etdikcə insanlıq itirilməməlidir.

Qadınlara daha çox səlahiyyət vermək lazımdır. Çünki qadınlara dəstək olmaq, əslində ailələrə və cəmiyyətə dəstək olmaq deməkdir. Biz "Qadınlar ağıllı şəhər üçün" adlı xüsusi bir laboratoriya yaratmışıq. Məqsədimiz qadınların innovasiya, şəhər idarəçiliyi və sosial inkişaf proseslərində daha fəal iştirakını təmin etməkdir.

Biz inanırıq ki, qadınlar bu proseslərə böyük töhfə verə bilər. Bunun üçün həm dövlət, həm də özəl sektor arasında münasibətlər inklüzivlik prinsipi əsasında qurulmalıdır. İnsanlara investisiya edilməlidir. Çünki inkişafın ən doğru yolu insan kapitalına yatırım etməkdir.

Biz inanırıq ki, qadınlar bu proseslərə böyük töhfə verə bilər. Bunun üçün həm dövlət, həm də özəl sektor arasında münasibətlər inklüzivlik prinsipi əsasında qurulmalıdır. İnsanlara investisiya edilməlidir. Çünki inkişafın ən doğru yolu insan kapitalına yatırım etməkdir.

Şəhərləri daha yaşana bilən, daha təhlükəsiz və daha müasir etmək üçün hər kəs birlikdə çalışmalıdır. Gələcəyin şəhərləri yalnız texnologiya ilə deyil, insan dəyərləri ilə formalaşmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr