AZ

Təhlükəli kokteyl : Ekspertlər ən çox pestisid olan 4 populyar meyvəni açıqladı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Avropada satılan meyvə və tərəvəzlərin 25 faizdən çoxunda eyni anda bir neçə pestisid qalığı aşkar edilir. Hər bir maddə ayrıca təhlükəsiz sayılsa da, onların birgə təsiri sağlamlıq üçün risk yarada bilər.Demokrat.az xəbər verir ki, bu barədə “G4Food” yazır.Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) məlumatları və “Pestisidlərə qarşı fəaliyyət şəbəkəsi”nin (PAN) əlavə təhlilinə əsasən, ən çox çirklənmiş meyvələr siyahısına portağal, üzüm, çiyələk və alma daxildir.Hazırda Avropa qanunvericiliyi məhsulu o halda təhlükəsiz hesab edir ki, hər bir pestisid ayrı-ayrılıqda müəyyən edilmiş normanı aşmasın. Lakin ətraf mühitin mühafizəsi təşkilatları xəbərdarlıq edir ki, tək-tək təhlükəsiz görünən maddələr birlikdə olduqda yüksək toksik təsir göstərə bilər.Bildirilir ki, EFSA qarışıqların təhlükəsizliyini ayrıca qiymətləndirmədiyi üçün tənqid olunur. Mütəxəssislər bu kimyəvi “kokteyl”in sonsuzluq və endokrin sistem pozğunluqları kimi xəstəliklərin riskini artıra biləcəyini bildirirlər.Hesabatda meyvələrdə xüsusilə təhlükəli hesab edilən xlorpirifos və imidakloprid kimi maddələrin mövcudluğuna da diqqət çəkilir. Qeyd olunur ki, bu maddələrin bir hissəsi artıq qadağan edilsə və ya ciddi məhdudlaşdırılsa da, onların qalıqları hələ də məlumat bazalarında və nümunələrdə aşkar edilir.Bu maddələrin neyrotoksik təsirə malik olduğu və dölün və kiçik uşaqların beyin inkişafına ciddi zərər verə biləcəyi bildirilir. Bu səbəbdən “PAN Europe” icraçı direktoru Martin Dermin valideynlərə sərt tövsiyə ilə çıxış edib.“Biz valideynlərə uşaqlarına yalnız orqanik (bio) məhsullar verməyi qəti şəkildə tövsiyə edirik, xüsusilə də ən çox çirklənməyə məruz qalan meyvələrə gəldikdə”, deyə o bildirib.“PAN Europe” Avropa Qida Təhlükəsizliyi Agentliyini pestisidlərin birgə təsirini qiymətləndirən metodların hazırlanmasını sürətləndirməyə çağırır. Ekspertlərin fikrincə, yalnız “kokteyl effekti” nəzərə alınmaqla təhlükəsizlik normalarının sərtləşdirilməsi ictimai sağlamlığı real şəkildə qoruya bilər.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
demokrat.az

2Mənbələr