AZ

Mayda qlobal neft tədarükü gündəlik 94,5 milyon barelə enəcək

Bakı, 13 may, AZƏRTAC

Qlobal neft tədarükünün may ayında 530 min barel azalaraq gündəlik 94,5 milyon barelə düşəcəyi, cari ilin üçüncü rübündən etibarən isə tədricən bərpa olunacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, OPEC+ qrupunun istehsalının bu il 4,7 milyon barel azalaraq sutkada 46,4 milyon barelə düşəcəyi gözlənilir. OPEC+ üzvü olmayan ölkələrdə isə istehsalın 820 min barel artaraq gündəlik 55,8 milyon barelə çatacaq.

Hesabatda Hörmüz boğazında tanker trafikinin məhdud olması səbəbindən Körfəz ölkələrindən ümumi neft tədarükünün itkisinin artıq 1 milyard bareli keçdiyi və istehsalın gündəlik 14 milyon bareldən çox dayandığı, görünməmiş təchizat şoku yaratdığı bildirilir. Buna baxmayaraq, qiymətləndirmədə bazarın böhrana təklif artıqlığı şəraitində daxil olduğu və həm istehsalçıların, həm də istehlakçıların bazar siqnallarına reaksiya verməsi sayəsində mövcud təklif-tələb fərqinin daha məhdud səviyyədə qaldığı qeyd olunur.

Seçilən
63
38
azertag.az

10Mənbələr