AZ

​Göyçay sakinini ilan sancdı

Göyçay sakinini ilan sancıb. Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Bığır kəndində qeydə alınıb. Metbuat.az xəbər verir ki, Bığır kənd sakini, 1974-cü il təvəllüdlü Osmanova Mahirə Xeyrəddin qızını ilan vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağır olaraq qalır.

Davud

Seçilən
28
2
metbuat.az

4Mənbələr