AZ

Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı maşını yandırıldı FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı avtomobili yandırılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Soçi şəhərində baş verib. Məlumata görə, 48 yaşlı kişi əvvəlcədən aralarında mübahisə yarandığı tanışına məxsus “Mercedes” markalı  avtomobilin kapotuna benzin tökərək od vurub. Cinayət anı ərazidə yaşayan bir qadın tərəfindən görülüb və o, dərhal polisə məlumat verib. 

Hüquq-mühafizə orqanlarının çevik müdaxiləsi nəticəsində 48 yaşlı şəxs qısa müddətdə öz evində saxlanılıb. İlkin dindirmə zamanı məlum olub ki, saxlanılan şəxs avtomobil sahibindən xeyriyyə məqsədləri üçün böyük məbləğdə pul köçürməsini tələb edib. İmtina cavabı aldıqdan sonra isə intiqam almaq qərarına gəlib.

Hadisənin nəticəsində zərərçəkənə 2 milyon rubldan (təxminən 36 000 AZN) artıq maddi ziyan dəyib.

Faktla bağlı cinayət işi açılıb. "Xeyriyyəçi" qisasçını törətdiyi əmələ görə 5 ilə qədər həbs cəzası gözləyir.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
avtosfer.az

1Mənbələr