AZ

Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı mühüm görüş keçirildi

Dünya Su İdmanı Federasiyasının (World Aquatics) nümayəndələri - Namhi Ço, Ben Haris və Vadim Axmadiyev Azərbaycana səfər ediblər.

Azərbaycan Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, məqsəd oktyabrda keçiriləcək "Silk Road Tour"un Bakı mərhələsinin hazırlıq prosesi ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ofisini ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin WA rəsmiləri yarışın keçiriləcəyi Bakı Su İdmanı Sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar.

Xatırladaq ki, 2026-cı ilin oktyabrın 1-3-də üzgüçülük üzrə "Silk Road Tour" Dünya Kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın Astana (15-17 oktyabr) şəhərlərində baş tutacaq.

Seçilən
0
4
90deqiqe.az

10Mənbələr