Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Texasın Baş prokuroru Pakston izləmə və manipulyasiyalara görə Netflix-i məhkəməyə veribTexasın Baş prokuroru Ken Pakston "Netflix" striminq platformasına qarşı iddia qaldırıb.Bizim.Media xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.Eyni zamanda ABŞ Senatına namizəd olan rəsmi şəxs xidməti istifadəçilərin, o cümlədən uşaqların məlumatlarını onların xəbəri və razılığı olmadan toplamaqda ittiham edib.Mayın 11-də təqdim olunan iddia ərizəsində deyilir: "Siz “Netflix”ə baxarkən, o da sizi izləyir".Sənəddə iddia olunur ki, platforma "qara nümunələr" (dark patterns) adlanan manipulyativ interfeyslərdən, məsələn, avtomatik oynatma funksiyasından istifadə edir. İttiham tərəfinin fikrincə, bu, istifadəçiləri ekranda daha uzun müddət saxlamağa məcbur edir və maksimum həcmdə məlumat toplamağa imkan yaradır.
Pakston “Netflix”dən Texas sakinlərinin məlumatlarının toplanması, ötürülməsi, satılması və istifadəsinə müvəqqəti məhkəmə qadağası qoyulmasını, həmçinin artıq toplanmış bütün məlumatların silinməsini tələb edir. Baş prokuror hər bir qayda pozuntusuna görə 10 min dollara qədər təzminat ödənilməsinə nail olmaq istəyir.
"Böyük Texas ştatına və Baş prokuror Pakstona böyük hörmətlə qeyd edirik ki, bu iddianın heç bir əsası yoxdur və o, qeyri-dəqiq, eləcə də təhrif olunmuş məlumatlara əsaslanır. “Netflix” istifadəçilərinin məxfiliyinə ciddi yanaşır və fəaliyyət göstərdiyimiz bütün ölkələrdə məlumatların qorunması və məxfilik haqqında qanunlara əməl edir", — deyə şirkət nümayəndələri ittihamlara cavab veriblər.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.