AZ

DÇ 2026 finalında fasilə daha uzun olacaq

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

DÇ-2026 finalında fasilə daha uzun olacaq

2026-cı il dünya çempionatının finalında fasilələrlə bağlı yeni qayda tətbiq oluna bilər.

QOL.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, mundialın həlledici qarşılaşmasında fasilə müddəti ənənəvi 15 dəqiqədən daha uzun ola bilər. Buna nümunə kimi “Çelsi” ilə PSJ arasında keçirilən Klublararası Dünya Çempionatının finalı göstərilir. Həmin oyunda komandalar ikinci hissəyə 24 dəqiqəlik fasilədən sonra qayıdıb.

Məlumata görə, futbol qaydalarında fasilənin 15 dəqiqəni keçməməsi qeyd olunsa da, FİFA final matçında şou proqramların təşkili üçün bu müddəti artırmağı istisna etmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
qol.az

3Mənbələr