“e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verirf ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur.
Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.
Xatırladaq ki, e-təbib son günlər Azərbaycanda fəaliyyətini dayandıran 3-cü dövlət qurumu tətbiqidir. Bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «e-sosial» və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin «e-su» tətbiqləri də fəaliyyətini dayandırıb.

