AZ

Gümüşün qiyməti sürətlə bahalaşır...

Mayın 13-ü axşam saatlarında birja bazarlarında gümüşün qiyməti artım tempini əhəmiyyətli dərəcədə sürətləndirərək 5% bahalaşıb.

Bizim.Media xəbər verir ki, bunu ticarət platformalarının məlumatları göstərir.

Hərracların gedişatında gümüşün dəyəri bir troya unsiyası üçün 90 dollar həddini ötüb.
 

Nyu-Yorkun "Comex" birjasında gümüşün iyul fyuçersinin qiyməti əvvəlki bağlanışla müqayisədə 5,17% artaraq bir unsiya üçün 90,02 dollara çatıb.


Bu göstərici martın 10-dan bəri ilk dəfədir ki, 90 dollardan yuxarı qalxıb.

Bizim.Media

Seçilən
45
bizim.media

1Mənbələr