AZ

Səudiyyə Ərəbistanında neft hasilatı son 35 ilin minimumuna enib

Krallığın gündəlik neft hasilatının Fars körfəzi müharibəsindən bəri ən aşağı səviyyəyə düşdüyü bildirilib...

Səudiyyə Ərəbistanı aprel ayında xam neft hasilatını daha 651 min barel azaldaraq sutkada 6,316 milyon barelə endirib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, rəsmi Ər-Riyad hasilat göstəricilərini OPEC-ə təqdim edib. Bildirilir ki, bu həcm 1990-cı ildə Fars körfəzi müharibəsi dövründən bəri qeydə alınan ən aşağı göstərici hesab olunur.

Bloomberg qeyd edir ki, hasilatın azalması əsasən İranla müharibə fonunda yaranan tədarük problemləri və Fars körfəzi regionundan ixracın zəifləməsi ilə əlaqədardır. Agentliyin hesablamalarına əsasən, fevral ayından etibarən Səudiyyə Ərəbistanının ümumi neft hasilatı itkisi təxminən 42 faizə çatıb.

Ekspertlər hesab edirlər ki, neft hasilatındakı bu ciddi azalma dünya enerji bazarında qiymət dalğalanmalarını daha da gücləndirə bilər. Xüsusilə Yaxın Şərqdə geosiyasi gərginliyin artması enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları dərinləşdirib.

Poliqon.info

Seçilən
80
poliqon.info

1Mənbələr