AZ

Futbolçularımı əzmlarlığına görə təbrik edirəm Rəşad Sadıqov

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ölkə kubokunun finalında “Zirə” “Sabah”a məğlub oldu - 1:2.“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov media önünə çıxdı. - Oyun bizim üçün yaxşı başladı. Qol vurduq. İlk hissənin sonunda rəqibə iki qol epizodu verdik. Buna qədər də yaxşı epizodlarımız oldu. Standart vəziyyətlərdən, asmalardsn ikinci yarıda təhlükə olurdu. Fantastik qolla hesab bərabərləşdi. İkinci qolu əks-hücumda buraxdıq. Futbolçularımı əzmlarlığına görə təbrik edirəm.- Qismət Alıyevin erkən sarı vərəqə alması oyununuza nə dərəcədə təsir etdi?- Epizodu görməmişəm. Hakimlikdən danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. - Bundan sonra artıq avrokubok ümidiniz tükəndi?- Təbii ki, sona qədər vuruşacağıq. Bir məğlubiyyətləri yetərli deyil. Şansımızı qədər saxlamağa çalışacağıq. - Daha güclü komandada olsaydız, bu uğursuzluq olmaya bilərdi? - Əvvəldən proqnoz vermək çətindi. Finallara baxsaq, hər üçündə də qalib gələ bilərdik. Bu bizim üçün təcrübədi. Bu 6 ildə uğurlu olmuşuq. Qürurvericidi. Rəhbərlik, azarkeşlər, kollektivə təşəkkür edirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
icma.az

2Mənbələr