AZ

ABŞ-nin xam neft ehtiyatları gözləniləndən daha çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-nin xam neft ehtiyatları gözləniləndən daha çox azalıb.

Banco.az xəbər verir ki, ABŞ-nin kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 4 milyon 300 min barel azalıb.

ABŞ Enerji İnformasiya İdarəsi — “EIA” ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 4 milyon 300 min barel azalaraq 452 milyon 900 min barel səviyyəsinə endiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların təxminən 2 milyon barel azalacağı istiqamətində idi.

Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da eyni dövrdə 8 milyon 600 min barel azalaraq 384 milyon 100 min barelə geriləyib. ABŞ-nin benzin ehtiyatları isə təxminən 4 milyon 100 min barel azalaraq 215 milyon 700 min barel səviyyəsində qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
23
18
banco.az

10Mənbələr