AZ

"Liverpul"u "Mançester Siti"yə dəyişə bilər

"Liverpul" klubunun müdafiəçisi İbrahima Konate bu yay komandadan ayrıla bilər.

90deqiqe.Az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, fransalı futbolçunun transferi uğrunda mübarizəyə "Mançester Siti" də qoşulub. “Şəhərlilər” Konatenin “Liverpul”la yeni müqavilə imzalamaması halında onu sərbəst agent kimi heyətə qatmaq imkanını araşdırır.

Qeyd edək ki, İbrahima Konate 2021-ci ildə RB Leyptsiq klubundan “Liverpul”a 40 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsi 2026-cı il 30 iyun tarixinədək qüvvədədir.

Cari mövsümdə fransalı müdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb və 2 qolla yadda qalıb.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Seçilən
58
90deqiqe.az

1Mənbələr